Sərgi xəbərləri“TransCaspian” 9-cu Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika Sərgisi 1-4 iyun tarixlərində Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək.
Təqvimdəki növbəti layihə 1-4 iyun tarixlərində Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək “TransCaspian” 9-cu Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika Sərgisi olacaq. Sərgiyə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, “TRACECA”, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən rəsmi dəstək verilir. Sərginin əsas bölmələri bunlardır: avtomobil yolu nəqliyyatı, neftin nəqli / boru kəmərləri, dəmir yolu nəqliyyatı, gəmiqayırma, ekspeditorlar/daşımaçılar, dəniz nəqliyyatı, loqistika, dəmiryolu avadanlıqları, gömrük xidmətləri, yüklərin sığortalanması, yol-tikinti texnikası, yükləmə və boşaltma avadanlıqları və s.
bütün xəbərlər
|