Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия




Sənaye xəbərləri

Azərbaycanda orta illik inflyasiya 1,5%-ə düşüb

Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 2009-cu il ərzində təxminən 15% və ya 3 mlrd. ABŞ dolları artaraq 20 mlrd. dollar həddini ötüb. «APA-Economic»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunları ilə bağlı prezident yanında keçirilən toplantısında bildirib.

E.Rüstəmovun sözlərinə görə, ötən il milli valyutanın sabitliyi, bütövlükdə ölkədə makroiqtisadi sabitliyin qorunması, strateji valyuta ehtiyatlarının artımı ilə müşayiət olunub: « Belə bir artım böhran ilində çox yüksək nəticədir. Sabit manat həm istehlak, həm də istehsal təyinatlı idxalın kəskin bahalaşmasının qarşısını alıb. Bu, həmçinin əhalinin əmanətlərinin kəskin şəkildə dəyərdən düşməsi, valyutada olan xarici borc yükünün artması, manata ictimai inamın aşağı düşməsi kimi təhlükələri neytrallaşdırıb».

İnflyasiya məsələsinə toxunan baş bankir ötən il ərzində yüksək inflyasiyanın qarşısının alındığını bildirib. «Ötən ilin yekunlarına görə, ölkədə orta illik inflyasiya səviyyəsi 1,5% olub ki, bu da 2004-2008-ci illərdəki orta inflyasiya səviyyəsindən təxminən 10 dəfədən çox azdır. Manatın sabitliyi və aşağı inflyasiya böhran ilində əhalinin real gəlirlərinin artım tempinin təxminən 6% səviyyəsində saxlanmasını təmin edib. Həm də iqtisadiyyatın rəqabət qabiliyyətinə müsbət təsir göstərib. Milli istehsalçıların orta çəkili qiymətləri ticarət tərəfdaşı ölkələrindəki qiymətlərdən təxminən 6% aşağı düşüb», - deyə E.Rüstəmov qeyd edib.

Bakı. Elnur Hüseynquluyev – APA-Economics. 19.01.2010

URL http://www.apa.az/news.php?id=174886

bütün xəbərlər





XƏBƏRLƏR
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  04/09/2010 05/09/2010
USD 0.8035 0.8035
EUR 1.0276 1.0300
GBP 1.2400 1.2391
RUR 0.0261 0.0262
HAVA



TransCaspian Azerbaijan is Copyright © 2000-2010 Bütün hüquqlar qorunur. Hosted by VebTek