Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия




Sənaye xəbərləri

Ötən il Azərbaycanda ÜDM-in adambaşına həcmi 7,9% artıb

Ötən il ərzində Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcmi 3 917 manat (4 874 ABŞ dolları) təşkil edib. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2009-cu ilin yekunlarına dair prezident yanında keçirilən iclasında ölkənin maliyyə naziri Samir Şərifov bildirib.

Nazir çıxışında qeyd edib ki, ötən il Azərbaycanda ÜDM-in artım tempi 2008-ci illə müqayisədə 9,3% təşkil edib, adambaşına düşən ÜDM-in həcmi isə 7,9% artıb.

S.Şərifov həmçinin qeyd edib ki, ölkədə orta aylıq əmək haqqı 2008-ci illə müqayisədə 6,8% artaraq 298 manata çatıb: «Onu da qeyd etmək yerinə düşər ki, ötən müddət ərzində manatın dəyəri sabit qalıb, inflyasiya isə 1,5% təşkil edib».

Bakı. Nicat Mustafayev – APA-Economics. 19.01.2010

URL http://www.apa.az/news.php?id=174880

bütün xəbərlər





XƏBƏRLƏR
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  04/09/2010 05/09/2010
USD 0.8035 0.8035
EUR 1.0276 1.0300
GBP 1.2400 1.2391
RUR 0.0261 0.0262
HAVA



TransCaspian Azerbaijan is Copyright © 2000-2010 Bütün hüquqlar qorunur. Hosted by VebTek